İpoteka götürən şəxsdən bu hallarda ödəniş tələb edilə bilməz - VİDEO 

İpoteka götürən şəxsdən bu hallarda ödəniş tələb edilə bilməz - VİDEO 

Hazırda oxunan: İpoteka götürən şəxsdən bu hallarda ödəniş tələb edilə bilməz - VİDEO 
184114
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sığortalı ipoteka kreditlərinə görə varislərdən ödəniş tələb edilə bilməz. Əksər hallarda kredit götürəndən bir müddət sonra borcalan dünyasını dəyişərsə, qalan məbləğin kim tərəfindən ödənilməsi məsələsi gündəmə gəlir. Bəzi vətəndaşlar hətta buna görə ipoteka krediti üçün müraciət etməyə belə çəkinirlər. 

Bizim.Media xəbər verir ki, sığorta eksperti Şəhriyar Məcidov "Xəzər Xəbər"ə deyib ki, kredit verilən zaman banklar tərəfindən risklərlə bağlı tədbirlər görülür.

Onun sözlərinə görə, ipoteka krediti götürdükdən sonra vətəndaşa əllilik dərəcəsi təyin olunduğu halda qalan borc sığorta şirkəti tərəfindən ödənilir. 
Ekspert qeyd edib ki, qaydalar daxili ipoteka kreditləri üçün də keçərlidir. Çünki ipoteka kreditlərinin böyük əksəriyyətində həyat sığortası vacib şərtlərdəndir. 

Ş.Məcidov əlavə edib ki, ipoteka götürülən zaman həyat sığortası olduğu halda, vərəsə üçün öhdəlik yaranmır. 

Ətraflı süjetdə: 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO