Bu il Azərbaycanda qaz hasilatı ARTIB 

Bu il Azərbaycanda qaz hasilatı ARTIB 

Hazırda oxunan: Bu il Azərbaycanda qaz hasilatı ARTIB 

160096

Cari ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, 9 ay ərzində respublikada 36,1 milyard kubmetr təbii qaz hasil edilib. 

Energetika Nazirliyindən Bizim.Media-ya bildirilib ki, qazın 9,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 19,7 milyard kubmetri “Şahdəniz”dən, 0,4 milyard kubmetri “Abşeron”dan, 6,4 milyard kubmetri SOCAR üzrə hasil olunub.

Ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz, yəni 1,7 milyard kubmetr artımla qaz hasil edilib. 

Hesabat dövründə xaricə qaz satışı 17,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur. Cari ilin yanvar-sentyabr aylarında Avropaya 8,6 milyard kubmetr, Türkiyəyə 7,5 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 4,3 milyard kubmetr qaz nəql olunub. 
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin oktyabr ayınadək “Azəri-Çıraq-Günəşli”dən 213 milyard kubmetr, “Şahdəniz”dən isə 202,5 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 143 milyard kubmetri ixraca nəql edilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO