AÇG və “Şahdəniz”dən hasil edilən qazın HƏCMİ 

AÇG və “Şahdəniz”dən hasil edilən qazın HƏCMİ 

Hazırda oxunan: AÇG və “Şahdəniz”dən hasil edilən qazın HƏCMİ 

154826

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 sentyabr 2023-cü il tarixinədək buradan 412,3 milyard kubmetr qaz hasil edilib. 

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, qeyd olunan dövrdə AÇG-dən 212 milyard kubmetr, “Şahdəniz”dən isə 200,3 milyard kubmetr qaz hasil edilib. 

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 141,5 milyard kubmetrə yaxını ixraca nəql edilib”, - məlumatda qeyd olunur. 

Məlumata görə, 2023-cü ilin yanvar-avqust ayları üzrə operativ məlumatlara əsasən, 8 ay ərzində Azərbaycanda 32,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 8,6 milyard kubmetri AÇG-dən, 17,6 milyard kubmetri “Şahdəniz”dən, 0,2 milyard kubmetri “Abşeron”dan, 5,8 milyard kubmetri SOCAR üzrə hasil olunub. 

“Ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz, yəni 1,5 milyard kubmetr artımla qaz hasil edilib”, - məlumatda vurğulanır. 

Bildirilib ki, hesabat dövründə xaricə qaz satışı 15,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur. Cari ilin yanvar-avqust aylarında Avropaya 7,6 milyard kubmetr, Türkiyəyə 6,7 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 3,8 milyard kubmetr qaz nəql olunub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO