Ölkəmizə idxal olunan avtomobillərin sayında KƏSKİN ARTIM 

Ölkəmizə idxal olunan avtomobillərin sayında KƏSKİN ARTIM 

Hazırda oxunan: Ölkəmizə idxal olunan avtomobillərin sayında KƏSKİN ARTIM 

141771

Cari ilin 5 ayı ərzində xarici ölkələrdən Azərbaycan Respublikasına maliyyə dəyəri 611 milyon 967.91 min dollar olan 40 min 264 ədəd müxtəlif markalı nəqliyyat idxal olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yanvar-may aylarını əhatə edən hesabatında əks olunub.  

Ötən ilin eyni dövründə isə bu vasitələrin ümumi sayı 28 min 681 ədəd, maliyyə həcmi isə 369 milyon 468.60 dollar təşkil edib.  

Hesanlamalardan aydın olur ki, bir ərzində avtomobillərin sayında 11 min 584 ədəd və ya 28,8 faiz, maliyyə dəyərində isə 242 miyon 499,31 min dollar və ya 39,7 faiz artım baş verib.  

Cari ildə idxal olunan avtomobillərin 61 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri olub ki, onların da ümumi maliyyə dəyəri 4 milyon 116.65 min dollar olub.  

Adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələrinin ümumi sayı 37 min 394 ədəd, maliyyə dəyəri isə 549 milyon 138.25 min dollar səviyyəsində olub.  
Bunun da 5 884 ədədi daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (maliyyə dəyəri 125 milyon 575.06 min dollar), 812 ədədi yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (34 milyon 383.38 min dollar), 2 633 ədədi yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri (39 milyon 490.25 min dollar), 176 ədədi isə xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri (19 milyon 222.76 min dollar) təşkil edib.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO