İstanbulda “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib - FOTO 

İstanbulda “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib - FOTO 

Hazırda oxunan: İstanbulda “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib - FOTO 
140675
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 9-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun və SOCAR-ın prezidenti Rövşən Nəcəfin iştirakı ilə İstanbulda “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, iclasda “SOCAR Türkiyə”nin 2022-ci ilə dair yekunları haqqında danışılıb, cari ilin ilk 5 ayı ərzində əldə edilən nəticələr, il ərzində görüləcək işlər və qarşıya qoyulan hədəflər müzakirə olunub. 

Həmçinin iyunun 8-də İstanbulda “SOCAR Türkiyə”nin törəmə müəssisələri olan “Petkim”in və “STAR’’ neft emalı zavodunun, iyunun 9-da isə Azərbaycan qazının Türkiyə və Avropaya nəqlini həyata keçirən, Cənub Qaz Dəhlizinin önəmli seqmentlərindən biri olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) İdarə heyətlərinin iclasları keçirilib.  
İclaslarda qrup şirkətlərinin 2022-ci il və cari ilin 5 ayı üzrə fəaliyyətləri nəzərdən keçirilib, gələcək hədəflər və bu istiqamətdə görüləcək işlər müzakirə olunub. 

İstanbulda “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib - FOTO  - foto 1
İstanbulda “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib - FOTO  - foto 2
İstanbulda “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib - FOTO  - foto 3

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO