Azərbaycan banklarından AFAD-a ianələrlə bağlı QƏRAR

Azərbaycan banklarından AFAD-a ianələrlə bağlı QƏRAR

Hazırda oxunan: Azərbaycan banklarından AFAD-a ianələrlə bağlı QƏRAR
120345
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fevralın 13-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası keçirilib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, iclas zamanı 6 fevral tarixində qardaş Türkiyə Respublikasında çoxsaylı insan tələfatına və dağıntılara səbəb olmuş zəlzələnin nəticələrinin aradan qaldırılmasına ABA üzvləri tərəfindən əlavə dəstək göstərilməsi növbəti dəfə müzakirə edilib.

Bildirilib ki, müzakirələr zamanı, ABA üzvlər tərəfindən qardaş ölkədə yaradılmış xüsusi fonda (Afet ve Acil Durum – AFAD) ianələr edilməsinə başlandığı qeyd edilərək, bütün üzvlərin bu prosesə qoşulmasının vacibliyi vurğulanıb.

İclasın sonunda ölkəmizin bank icmasının qardaş Türkiyə xalqına hər zaman dəstək olmağa hazır olduğu bəyan edilmiş və ABA üzvləri tərəfindən AFAD-ın hesabına ianələr edilməsi barədə yekdilliklə qərar qəbul edilib.

Xatırladaq ki, 8 fevral 2023-cü il tarixində ABA Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası zamanı Mərkəzi Bankın dəstəyi ilə, bank icması, baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən AFAD-a ölkə bankları vasitəsilə ianələr şəklində dəstək göstərilərkən bank komissiyalarının tutulmayacağı qərara alınıb.
Əlavə olaraq qeyd edək ki, ABA-ya üzvü olan “Ziraat Bank Azərbaycan” ASC və “YapıKrediBank Azərbaycan” ACS tərəfindən AFAD-da müvafiq hesab açılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO