Səudiyyə Ərəbistanında həyəcan! Son 48 saat ərzində ölkəyə 5 hücum həyata keçirildi

Səudiyyə Ərəbistanında həyəcan! Son 48 saat ərzində ölkəyə 5 hücum həyata keçirildi

Hazırda oxunan: Səudiyyə Ərəbistanında həyəcan! Son 48 saat ərzində ölkəyə 5 hücum həyata keçirildi
650230
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yəməndə İranın dəstəklədiyi husilər son 48 saat ərzində Səudiyyə Ərəbistanına 5 hücum etdiklərini açıqlayıblar.

Bizim.Media xəbər verir ki, husilərin hərbi nümayəndəsi Yəhya Sari paytaxt Ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanının, radar sistemlərinin, Cizan neft emalı zavodunun, qaz obyektinin və elektrik stansiyalarının hədəf alındığını, bəzi obyektlərdə yanğın çıxdığını və böyük ziyan dəydiyini iddia edib.
 

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının nümayəndəsi Turki əl-Maliki isə Ər-Riyad və ölkənin şərq bölgələrinə atılan 3 ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini, mülki şəxslər arasında xəsarət alanların olmadığını bildirib.


Hücum təhlükəsi ilə əlaqədar Ər-Riyad, Əl-Əhsa və Buqayq şəhərlərində erkən xəbərdarlıq sistemləri işə salınıb, lakin Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi bir müddət sonra təhlükənin sovuşduğunu elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO