Göyçayda külək fəsad törətdi, yol bağlandı - Video

Göyçayda külək fəsad törətdi, yol bağlandı - Video

Hazırda oxunan: Göyçayda külək fəsad törətdi, yol bağlandı - Video
649728
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Göyçayda axşam saatlarından başlayan güclü külək irigövdəli ağacı yola aşırıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə 22:00 radələrində Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Göyçay rayonunun İkinci-Ərəbcəbirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

İntensiv əsməyə başlayan külək irigövdəli ağacı yolun hərəkət hissəsinə aşırıb.
 

Nəticədə magistral yolda nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb. İlkin verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.


Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və Göyçay Şəhər Təsərrüfat Birliyinin işçiləri cəlb olunub.


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO