Bakı qara belə hazırlaşır – Foto

Bakı qara belə hazırlaşır – Foto

Hazırda oxunan: Bakı qara belə hazırlaşır – Foto
648532
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi Bakı Şəhər İcra Hakimiyyətinin  tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Bizim.Media-ya bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirəsidir.

Növbəti müşavirələr paytaxtın Yasamal, Nizami və Xəzər rayonlarında keçirilib. Müşavirələrdə qeyd edilib ki, rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri qarlı günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib.

Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu  işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi  qərara alınıb.

Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə cağırış edilib.

Bakı qara belə hazırlaşır – Foto - foto 1
Bakı qara belə hazırlaşır – Foto - foto 2
Bakı qara belə hazırlaşır – Foto - foto 3
Bakı qara belə hazırlaşır – Foto - foto 4
Bakı qara belə hazırlaşır – Foto - foto 5
Bakı qara belə hazırlaşır – Foto - foto 6
Bakı qara belə hazırlaşır – Foto - foto 7
Bakı qara belə hazırlaşır – Foto - foto 8
Bakı qara belə hazırlaşır – Foto - foto 9
Bakı qara belə hazırlaşır – Foto - foto 10
Bakı qara belə hazırlaşır – Foto - foto 11
Bakı qara belə hazırlaşır – Foto - foto 12
Bakı qara belə hazırlaşır – Foto - foto 13
Bakı qara belə hazırlaşır – Foto - foto 14
Bakı qara belə hazırlaşır – Foto - foto 15


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO