
- A-
- A
- A+
Nazir: “İşsizlikdən sığorta ödənişi ilə əhatə olunanların sayı 4 dəfədən çox artacaq”
"Ötən dövr ərzində münasib işlə təmin olunanların sayı 3,4 dəfə, özünüməşğulluq proqramına cəlb olunanların sayı 5,7 dəfə, peşə hazırlığına cəlb olunanların sayı 4,1 dəfə, sosial tərəfdaşlıq çərçivəsində kvota üzrə işlə təmin olunanların sayı 2,6 dəfə, əməkhaqqının birgə maliyyələşməsi proqramına cəlb olunanların sayı isə 3,5 dəfə artıb".
Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, il ərzində Dövlət Məşğulluq Agentliyi tərəfindən 500 minə yaxın işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri çərçivəsində tədbirlərə cəlb olunub:
"Bununla yanaşı, işsiz şəxslərin sosial müdafiəsi məqsədilə ödənilən işsizlikdən sığorta ödənişinin əlçatanlığı da artırılıb. Növbəti ildə bu ödənişlə əhatə olunanların sayı son illərlə müqayisədə 4 dəfədən çox artaraq 6000 nəfərə çatacaq, bu məqsədlə ayrılan vəsaitin məbləği isə 10 dəfədən çox artırılaraq 36 milyon manat təşkil edəcək".
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































