"Atletiko" bir çox klubun transfer siyahısında yer alan Xulian Alvaresi əldən buraxmaq istəmir.
Bizim.Media xəbər verir ki, La Liqa nəhəngi argentinalı hücumçuya yeni müqavilə təklif etməyi planlaşdırır. Bu barədə "Cadena COPE" məlumat yayıb.
Klub yeni sözləşmədə Alvaresin maaşını artırmağı nəzərdə tutur. 26 yaşlı forvarda illik 10 milyon avro əməkhaqqı təklif olunacaq.
Qeyd edək ki, "Atletiko" Xulian Alvaresi 2024-cü ilin yayında "Mançester Siti"dən 75 milyon avroya transfer edib.
Argentina millisinin üzvü başa çatan mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:57 / 25.05.2026
“Atletiko” Xulian Alvareslə bağlı qərar verdi
Hazırda oxunan: “Atletiko” Xulian Alvareslə bağlı qərar verdi
Hazırda oxunan: “Atletiko” Xulian Alvareslə bağlı qərar verdi
615389
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































