"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

Hazırda oxunan: "Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR
601925
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandada qalacaq.

Bizim.Media xəbər verir ki, alman mütəxəssis Kataloniya klubu ilə müqaviləsini 2028-ci ilə qədər uzadacaq. Bu barədə Sport.es saytı məlumat yayıb.

Bildirilir ki, Flik yeni müqavilə ilə bağlı klub rəhbərliyi ilə razılığa gəlib. Lakin o, rəsmi açıqlamanın “Barselona”da keçiriləcək prezident seçkilərindən sonra edilməsini istəyib.
 

Qeyd olunur ki, Flik "Barselona"dakı həyatından və klubun gənc futbolçulara verdiyi önəmdən razıdır. Onun əsas məqsədi yetişdirməyi planlaşdırdığı yeni nəsillə birlikdə Çempionlar Liqasını qazanmaqdır.


Hazırda “Barselona” İspaniya çempionatında 28 turdan sonra 70 xalla turnir cədvəlinə başçılıq edir. Kataloniya klubu ən yaxın izləyicisi “Real Madrid”i 4 xal qabaqlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO