Şahmat Olimpiadasında yığmalarımız bu gün növbəti görüşlərini keçirəcək

Şahmat Olimpiadasında yığmalarımız bu gün növbəti görüşlərini keçirəcək

Hazırda oxunan: Şahmat Olimpiadasında yığmalarımız bu gün növbəti görüşlərini keçirəcək
212563
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.

Bizim.Media xəbər verir ki, kişilərdən ibarət kollektiv XI turda Braziliya ilə üz-üzə gələcək.
 

Yığma daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) Qazaxıstan (3:1) və Kubanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub, İtaliya (2:2) və Yunanıstanla (2:2) isə heç-heçəyə razılaşıb.


Qadınlardan ibarət kollektiv IX turda Hindistanın müqavimətini qırmağa çalışacaq.

Yığma Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1), Vyetnam (2,5:1,5), İsveçrə (4:0) və Monqolustandan (2,5:1,5) üstün olub, Argentina, Ukrayna və İtaliya ilə heç-heçə edib (2:2), Qazaxıstana isə yenilib - 1:3.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO