Anar Quliyev yeni vəzifəyə SEÇİLDİ – FOTO 

Anar Quliyev yeni vəzifəyə SEÇİLDİ – FOTO 

Hazırda oxunan: Anar Quliyev yeni vəzifəyə SEÇİLDİ – FOTO 
193437
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 22-də Azərbaycan Oxatma Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib. 

Bizim.Media xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. 

Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Tədbirdə federasiya prezidenti Şahin Mövsümov çıxış edərək təşkilata rəhbərlik etdiyi 16 il ərzində bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb. 

Sonra Azərbaycan Oxatma Federasiyasının rəhbərliyinə seçki keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev federasiyanın prezidenti seçilib.

Yığıncaqda Azərbaycan Oxatma Federasiyasının yeni prezidenti Anar Quliyev çıxış edərək göstərilən etimada görə təşəkkür edib, qurumun gələcək fəaliyyəti və qarşıdakı planları barədə danışıb.

Anar Quliyev yeni vəzifəyə SEÇİLDİ – FOTO  - foto 1
Anar Quliyev yeni vəzifəyə SEÇİLDİ – FOTO  - foto 2
Anar Quliyev yeni vəzifəyə SEÇİLDİ – FOTO  - foto 3
Anar Quliyev yeni vəzifəyə SEÇİLDİ – FOTO  - foto 4
Anar Quliyev yeni vəzifəyə SEÇİLDİ – FOTO  - foto 5
Anar Quliyev yeni vəzifəyə SEÇİLDİ – FOTO  - foto 6

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO