Bakıdakı Avropa Kubokunda iştirak edəcək komandalar müəyyənləşdi

Hazırda oxunan: Bakıdakı Avropa Kubokunda iştirak edəcək komandalar müəyyənləşdi

180563

Bakıda keçiriləcək bədii gimnastika üzrə ilk Avropa kubokunda iştirak edəcək idmançıların sayı müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, yeniyetmələr və böyüklər arasında yarışlar üçün 184 gimnast sifariş olunub.

Mayın 3-5-dəki yarışda 28 ölkə təmsilçisi çıxış edəcək. Avropanın 25 ölkəsi ilə yanaşı, ABŞ, Avstraliya və Cənubi Koreya da idmançılarını Bakıya göndərəcək.

Qeyd edək ki, yarışlar yeni formatda təşkil olunacaq. Gimnastlar təkbətək mübarizədə olimpiya sistemi ilə bir-birinə qarşı mübarizə aparacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO