Azərbaycan idmançısı dünya çempionatında daha bir qızıl medal qazandı

Azərbaycan idmançısı dünya çempionatında daha bir qızıl medal qazandı

Hazırda oxunan: Azərbaycan idmançısı dünya çempionatında daha bir qızıl medal qazandı
146739
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan para-atleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə keçirilən para-atletika üzrə dünya çempionatında daha bir qızıl medal qazanıb.

Bizim.Media xəbər verir ki, sprinter 400 metr məsafəyə qaçışın final mərhələsində bütün rəqiblərini qabaqlayıb. O, məsafəni 55,34 saniyəyə qət edərək qızıl medal qazanıb.

Xatırladaq ki, L.Vəliyeva daha öncə 100 metr məsafəyə qaçışda dünya çempionu olub.

Qeyd edək ki, 21 yaşlı idmançı Tokio-2020 Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda gümüş, 400 metr qaçışda isə qızıl medal qazanıb.

Bundan əvvəl milli komandanın üzvləri Orxan Aslanov, Lamiyə Vəliyeva, Oloxan Musayev və Səid Nəcəfzadə dünya çempionatında uğurlu çıxış edərək Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO