COP29-da Ermənistanın ərazilərimizdə törətdiyi ekosiddən bəhs edən sənədli filmin təqdimatı olub - FOTO

COP29-da Ermənistanın ərazilərimizdə törətdiyi ekosiddən bəhs edən sənədli filmin təqdimatı olub - FOTO

Hazırda oxunan: COP29-da Ermənistanın ərazilərimizdə törətdiyi ekosiddən bəhs edən sənədli filmin təqdimatı olub - FOTO
221811
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

COP29 çərçivəsində Yaşıl Zonadakı Milli QHT Pavilyonunda “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin ərsəyə gətirdiyi “Bir ovuc dünya” adlı sənədli filmin təqdimatı olub.

Bizim.Media xəbər verir ki, Ermənistanın işğalı zamanı Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekosiddən bəhs edən sənədli filmin müəllifi Ayaz Mirzəyev, prodüseri isə Orxan Cabbarlıdır.
 

Filmin təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin məsul şəxsləri, həmçinin Keniyanın “SMACHS Foundation”nun qurucusu Şarlin Ruto (Charlene Ruto) iştirak ediblər.


Təqdimat mərasimindən sonra filmin ictimai müzakirəsi keçirilib. İştirakçılar ingilis dilində hazırlanmış ekran işi barəsində fikirlərini səsləndiriblər.

Sənədli filmin yaxın vaxtlarda daha geniş təqdimatı keçiriləcək.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı ekoloji cinayətlərindən bəhs edən layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

COP29-da Ermənistanın ərazilərimizdə törətdiyi ekosiddən bəhs edən sənədli filmin təqdimatı olub - FOTO - foto 1
COP29-da Ermənistanın ərazilərimizdə törətdiyi ekosiddən bəhs edən sənədli filmin təqdimatı olub - FOTO - foto 2
COP29-da Ermənistanın ərazilərimizdə törətdiyi ekosiddən bəhs edən sənədli filmin təqdimatı olub - FOTO - foto 3
COP29-da Ermənistanın ərazilərimizdə törətdiyi ekosiddən bəhs edən sənədli filmin təqdimatı olub - FOTO - foto 4
COP29-da Ermənistanın ərazilərimizdə törətdiyi ekosiddən bəhs edən sənədli filmin təqdimatı olub - FOTO - foto 5
COP29-da Ermənistanın ərazilərimizdə törətdiyi ekosiddən bəhs edən sənədli filmin təqdimatı olub - FOTO - foto 6
COP29-da Ermənistanın ərazilərimizdə törətdiyi ekosiddən bəhs edən sənədli filmin təqdimatı olub - FOTO - foto 7


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO