
- A-
- A
- A+
Quru əriyin gizli təhlükələri - Açıqlandı
“Ərik qurusu (qaysı) lif, kalium və karotinoidlərlə zəngindir, lakin onun həddindən artıq istehlakı qarında köp, qurultu və diareyaya səbəb ola bilər”.
Bizim.Media xəbər verir ki, bu barədə həkim-endokrinoloq Natalya Çadina xəbərdarlıq edib.
Mütəxəssis qeyd edib ki, ərik qurusunun tərkibində çoxlu kalori və şəkər olduğu üçün insan bu məhsulu asanlıqla normadan artıq yeyə bilər.
O, həddindən artıq istehlakın tipik əlamətləri kimi həzm sisteminin xoşagəlməz simptomlarını göstərib. Həkim həmçinin vurğulayıb ki, ərik qurusu dəmir defisitli anemiyanın müalicəsi üçün uyğun deyil, çünki tərkibində dəmir azdır və ətdəki dəmirlə müqayisədə daha pis mənimsənilir.
N. Çadina sağlam yetkin insanlara gündə təxminən 30-40 qram (təqribən 4-6 ədəd) ərik qurusu yeməyi tövsiyə edib. Xüsusilə çəki atan şəxslər, eləcə də şəkərli diabet və insulin dirənci olan pasiyentlər quru meyvələrin miqdarına diqqət yetirməlidirlər. Həkim əlavə edib ki, tərkibinə əlavə şəkər vurulmamış, kif və kənar qoxusu olmayan ərik qurusu seçmək, istifadədən əvvəl isə onu yumaq lazımdır. (qafqazinfo.az)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































