
- A-
- A
- A+
Adəm Məmmədova yenidən cinayət işi açıldı - Axtarışa verildi
Keçmiş vəkil Adəm Məmmədova yenidən cinayət işi açılıb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, A.Məmmədov bu dəfə sağlamlığa zərər vurmaqda ittiham olunur.
Onun barəsində Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Adəm Məmmədov istintaqdan qaçıb gizləndiyi üçün ona ittiham elan etmək mümkün olmayıb, prokurorluq tərəfindən axtarışa verilib.
Qeyd edək ki, A.Məmmədov ötən il 6 ay həbsdə olub. Cinayəti ilə bağlı Vəkillər Kollegiyasından xaric edilən Məmmədovun sonradan ölkədən getdiyi bildirilir.
İndiki cinayət işində isə o, bir nəfərin üstünə hücum çəkib, sağlamlığına ziyan vurmaqda təqsirləndirilir. Hazırda hərtərəfli istintaq aparılır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































