Dünyanın ən bahalı boşanması baş verə bilər – Nvidia-nın qurucusu boşansa..

Dünyanın ən bahalı boşanması baş verə bilər – Nvidia-nın qurucusu boşansa..

Hazırda oxunan: Dünyanın ən bahalı boşanması baş verə bilər – Nvidia-nın qurucusu boşansa..
647729
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nvidia şirkətinin həmtəsisçisi Censen Huangın həyat yoldaşı Lori Huangdan mümkün boşanması dünya rekordunu yeniləyə və 70 milyard dollardan çox vəsaitə başa gələ bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “BILD” nəşri məlumat yayıb.

Cütlük Kaliforniyada yaşayır. Ştatın qanunvericiliyinə əsasən, nikah müqaviləsi və ya başqa razılaşma olmadığı təqdirdə, ər-arvadın birgə əldə etdiyi əmlak, bir qayda olaraq, bərabər bölünür.

“Forbes” jurnalının məlumatına görə isə səhmlərin son ucuzlaşmasına baxmayaraq, Censen Huangın sərvəti hazırda 143 milyard dollar təşkil edir. Bu halda, nəzəri olaraq, həyat yoldaşı Lori Huang boşanma zamanı 70 milyard dollardan çox vəsait əldə edə bilər.

Bu, tarixdə ən bahalı əmlak bölgülərindən biri ola bilər.

Bununla belə, cütlüyün nikah müqaviləsinin və ya digər maliyyə razılaşmalarının olub-olmadığı məlum deyil. Eyni zamanda, Lori Huangın boşanma iddiası qaldırıb-qaldırmayacağı da hələ bəlli deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO