Şahzadə Uilyam futbola görə kral protokolunu pozdu

Şahzadə Uilyam futbola görə kral protokolunu pozdu

Hazırda oxunan: Şahzadə Uilyam futbola görə kral protokolunu pozdu
647722
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Uels şahzadəsi Uilyam oğlu Corcla birlikdə Çempionlar Liqasının oyununu izləyib.

Bizim.Media xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Uilyam azarkeşi olduğu “Aston Villa”nın “Barselona” ilə qarşılaşmasını izləmək üçün oğlu ilə birlikdə İspaniyaya yollanıb. Maraqlıdır ki, bu səfər kral protokolunun pozulması ilə yadda qalıb.

Belə ki, kral ailəsinin qaydalarına əsasən, taxt-tacın iki birbaşa varisinin eyni təyyarədə uçmasına icazə verilmir. Bu məhdudiyyət mümkün aviaqəza zamanı hər iki varisin həyatını itirməsi riskinin qarşısını almaq məqsədi daşıyır.

Qeyd edək ki, noyabrın 3-də keçirilən görüşdə “Barselona” “Aston Villa”nı 3:0 hesabı ilə məğlub edib.

Lamin Yamal və Rafinya (2) fərqləniblər. Birmingem təmsilçisi hazırda Çempionlar Liqasının ümumi turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO