Bir il vəzifədə qalmamış İSTEFA VERDİ

Bir il vəzifədə qalmamış İSTEFA VERDİ

Hazırda oxunan: Bir il vəzifədə qalmamış İSTEFA VERDİ

623046

Moldova Baş naziri Aleksandr Muntyanu (Alexandru Munteanu) istefa verdiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə Moldovanın "Point.md" portalı məlumat yayıb.

Aleksandr Muntyanu istefa qərarını prinsiplərinə sadiq qalmaq istəyi ilə əlaqələndirib:

"Mən Baş nazir olmaq təklifini böyük məsuliyyətlə və vəziyyətin yaxşılaşdırılmasına töhfə verə biləcəyimə dair daxili inamla qəbul etmişdim. Lakin mandatımı öz prinsiplərimə və inanclarıma uyğun şəkildə icra edə bilməyəcəyimi anladığım anda vəzifədən getmək qərarına gəldim.

Professional və vicdanla çalışan bütün nazir həmkarlarıma və onların komandalarına təşəkkür edirəm. Harada yaşamağımdan və hansı vəzifəni icra etməyimdən asılı olmayaraq, istər dövlət, istərsə də özəl sektorda ölkəmə xidmət etməyə davam edəcəyəm".

Qeyd edək ki, Aleksandr Muntyanu Moldova hökumətinə rəhbərlik etməyə çox qısa müddət əvvəl — 31 oktyabr 2025-ci ildə başlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO