Trampa qarşı sui-qəsd olarsa... – Vensə yazılan GİZLİ MƏKTUB

Trampa qarşı sui-qəsd olarsa... – Vensə yazılan GİZLİ MƏKTUB

Hazırda oxunan: Trampa qarşı sui-qəsd olarsa... – Vensə yazılan GİZLİ MƏKTUB

613044

ABŞ Prezidenti Donald Trampın terrorla mübarizə üzrə müşaviri Sebastian Gorka bildirib ki, ABŞ prezidenti ikinci prezidentlik müddəti dövründə öldürüləcəyi halda vitse-prezident JD Vens üçün “dəqiq təlimatlar”ın əks olunduğu məktub qoyub.

Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, sənəddə ABŞ prezidentinə qarşı sui-qəsd halında cavab tədbirləri ilə bağlı ssenari əks olunub.

Xatırladaq ki, Donald Tramp daha əvvəl də bəyan etmişdi ki, əgər İran ona qarşı sui-qəsd təşkil etsə, Tehranı “yer üzündən silmək” əmri verəcək.

Hazırda Trampın Çinə səfəri fonunda təhlükəsizliklə bağlı müzakirələrin yenidən gücləndiyi bildirilir. Sebastian Qorka hətta “havada olan hansısa maddə” nəticəsində insanın yalnız bir ay sonra xəstələnə biləcəyi ehtimalını da dilə gətirib.

Bununla belə, o, Trampın mühafizəsini “çox etibarlı” adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO