İran XİN: Trampın Çinə səfəri ikitərfəli xarakter daşıyır

İran XİN: Trampın Çinə səfəri ikitərfəli xarakter daşıyır

Hazırda oxunan: İran XİN: Trampın Çinə səfəri ikitərfəli xarakter daşıyır
612421
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Çinə səfərinə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, İran XİN sözçüsü İsmayıl Bəqai bu səfərin ikitərəfli xarakter daşıdığını deyib.

Bəqai bildirib ki, bu məsələ həmin ölkələrin özünə aiddir.

O qeyd edib ki, İran Çinlə strateji tərəfdaş kimi əlaqələrini davam etdirir və İran xarici işlər nazirinin Çinə son səfəri zamanı Tehran mövqeyi Pekinə çatdırılıb.
 

Bəqainin sözlərinə görə, Çin İrana qarşı aparılan müharibənin təsadüfi hadisə olmadığını, ABŞ tərəfindən birtərəfli siyasətin gücləndirilməsinə yönəlmiş qlobal prosesin bir hissəsi olduğunu anlayır.


“Çin üçün də Fars körfəzi və Qərbi Asiyada təhlükəsizlik ən azı bizim qədər önəmlidir”, - o vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 13-15 may tarixlərində Çində səfərdə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO