Hər bir yolla İranın atom silahı əldə etməsinə mane olacağıq – İsraildən açıqlama

Hər bir yolla İranın atom silahı əldə etməsinə mane olacağıq – İsraildən açıqlama

Hazırda oxunan: Hər bir yolla İranın atom silahı əldə etməsinə mane olacağıq – İsraildən açıqlama

48721

İsrail Hava Qüvvələrinin komandanı Emikam Norkin Tel-Əvivin İranın atom proqramı, habelə bu ölkənin atom silahı əldə etməməsini təmin etmək üçün addımlar atacağını deyib.

Bizim.Media xəbər verir ki, bu haqda o, dekabrın 1-də "İsrail 13" telekanalına açıqlamasında deyib.

Norkin bildirib ki, İsrail İranın atom silahı əldə etməsinin qarşısını almaq üçün lazım olan hər şeyi edəcək.

Xatırladaq ki, İsrail rəsmiləri daha öncə koordinasiyalı çalışma, məlumat mübadiləsi, habelə fikir mübadiləsi, İrana qarşı birgə müqavimət və sözügedən ölkəyə heç bir imtiyazın verilməməsi üçün müzakirə tərəflərinə basqıların edilməsi ilə yanaşı, eyni zamanda hərbi hazırlıq və İranın atom silahı əldə etməməsi yönündə planların hazırlanması ilə bağlı çıxışlar ediblər.

Qeyd edək ki, İsrail bunun üçün, yəni İranın atom silahı əldə etməsinin qarşısının alınması yönündə 1 milyard dollardan çox büdcə ayırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO