Ukraynanın Baş Komandanından ETİRAF – “Ruslar 6 dəfə bizdən üstündürlər”

Ukraynanın Baş Komandanından ETİRAF – “Ruslar 6 dəfə bizdən üstündürlər”

Hazırda oxunan: Ukraynanın Baş Komandanından ETİRAF – “Ruslar 6 dəfə bizdən üstündürlər”
269322
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Rusiya ordusu hazırda canlı qüvvə və texnika baxımından üçqat, əsas istiqamətlərdə isə dörd-altıqat üstünlüyə malikdir”. 

Bizim.Media “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski bildirib.
 

Onun sözlərinə görə, avqust ayında Rusiya tərəfi strateji üstünlük qazanmağa, Pokrovsk-Mirnoqrad aqlo-merasiyası ətrafında Ukrayna qoşunlarını mühasirəyə almağa çalışıb. Həmçinin Novopavlovsk və Zaporojye istiqamətlərində genişmiqyaslı hücumlar planlaşdırılıb.


Lakin Ukrayna müdafiə qüvvələri bu planların reallaşmasına imkan verməyib. Nəticədə Rusiya ordusu Zaporojyeyə hücumu təxirə salmağa və dəniz piyadalarının bölmələrini Donetsk vilayətinə köçürməyə məcbur olub.

Sırski qeyd edib ki, rus ordusunun ən çox səy göstərdiyi vaxt, əslində, onların ən az ərazi qazancı əldə etdiyi dövr olub.

Hazırda düşmən əsasən kiçik piyada qrupları ilə “sürünən” irəliləyiş taktikasından istifadə edir, mövqelərarası boşluqlardan yararlanaraq yaşayış məntəqələrinə daxil olmağa cəhd göstərir və birbaşa döyüş toqquşmalarından yayınmağa çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO