Zaxarova: “Brüsseldə keçirilən görüş region ölkələrində narahatlıq doğurur, çünki…”

Zaxarova: “Brüsseldə keçirilən görüş region ölkələrində narahatlıq doğurur, çünki…”

Hazırda oxunan: Zaxarova: “Brüsseldə keçirilən görüş region ölkələrində narahatlıq doğurur, çünki…”

185866

“Aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı-Ermənistan görüşü region ölkələrinin əksəriyyətində narahatlıq doğurur. Çünki o, Azərbaycanla Ermənistan arasında sülhə nail olmağa yönəlməyib”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova jurnalistlərə açıqlamasında bildirib.

“Bu görüş Azərbaycanla Ermənistan arasında sülhə nail olmağa yox, Qərbin son dərəcə destruktiv yanaşmaları ilə Cənubi Qafqaza daha da müdaxilə etməsi, orada yeni haçalanma yaradan fikirlərin yaradılması, region ölkələrinin anti-Rusiya gündəmini izləməyə vadar edilməsi, onların Moskva ilə çoxəsrlik əlaqələrinin məhv edilməsi məqsədi daşıyır”, - deyə Zaxarova qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO