Netanyahu: “Qəzzada humanitar təşkilatın əməkdaşlarının həlak olması faciədir”

Hazırda oxunan: Netanyahu: “Qəzzada humanitar təşkilatın əməkdaşlarının həlak olması faciədir”

185400

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında “World Central Kitchen” humanitar təşkilatının 7 əməkdaşının həlak olduğu insidenti şərh edib.

Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, o bu barədə keçirdiyi brifinqdə danışıb.

“Bu, faciəli hadisədir, bizim qüvvələrimiz Qəzza zolağındakı günahsız insanları qəsdən vurmayıblar. Müharibədə belə hallar baş verir. Biz hər şeyi sona qədər araşdıracağıq.  İsrail hakimiyyəti ölənlərin vətəndaşı olduqları ölkələrin hakimiyyət orqanları ilə əlaqə saxlayır. Bu kimi hadisələrin bir daha baş verməməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik”, - deyə Netanyahu qeyd edib.
Qeyd edək ki, sözügedən humanitar təşkilatı aprelin 2-də İsrailin hücumu nəticəsində yeddi əməkdaşının həlak olduğunu bildirib.

Onların sırasında Avstraliya, Böyük Britaniya, Fələstin və Polşa vətəndaşları olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO