Mariya Zaxarova:

Mariya Zaxarova: "İstəməzdim ki, Ermənistan Ukraynanın taleyini yaşasın" - VİDEO

Hazırda oxunan: Mariya Zaxarova: "İstəməzdim ki, Ermənistan Ukraynanın taleyini yaşasın" - VİDEO

181384

"Ukraynanı da Qərb şəbəkələrinə cəlb etdilər, gözəl perspektivlər vəd etdilər, amma sonda aldatdılar. Mən istəməzdim ki, Ermənistan da bu taleyi yaşasın".

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, erməni xalqı sülh içində yaşamağa və vicdansız Qərb siyasətçilərinin sövdələşmələrinə çevrilməməyə layiqdir:

“Ümid edirəm ki, belə olmayacaq. Ermənistanın başına belə "işin" gəlməsini istəməzdim. Ermənistan ən mürəkkəb ərazi mübahisələrini, məsələləri və münaqişələri özündə birləşdirən çətin tarixi yolu keçib. Bu ölkə sülh içində yaşamağa layiqdir".

Zaxarova bildirib ki, Rusiya Ermənistana səmimiyyətlə sülh arzulayır.

“Biz həm bu ölkəyə, onun xalqa sevgi baxımından, həm də praqmatizm baxımından sülh, sabitlik və firavanlıq arzulayırıq, çünki bütövlükdə regionun rifahı bundan asılıdır. Amma təəssüf ki, Qərb Ukraynanı kifayət qədər “sındırıb”, qolu və ayağı olmayan gəlincik (kukla) kimi küncə atıb, indi isə yeni qurban axtarmağa başlayıb. Qoy Ermənistan yeni qurbana çevrilməsin”, - diplomat bildirib.

“Təəssüflər olsun ki, Ermənistanın bir sıra siyasi xadimləri ölkələrinin Qərb geosiyasətinin əyləncəsinə çevrildiyini düşünmürlər. Aİ Ermənistana regiona “giriş nöqtəsi” kimi baxır", deyə o yekunlaşdırıb.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO