"Britaniyanın Ukraynaya sursatlar verməsi münaqişəni daha da gərginləşdirəcək" - Lavrov 

Hazırda oxunan: "Britaniyanın Ukraynaya sursatlar verməsi münaqişəni daha da gərginləşdirəcək" - Lavrov 
126773
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Böyük Britaniyanın Ukraynaya tükənmiş uran sursatları verməsi münaqişənin daha da gərginləşməsi istiqamətində bir addım olacaq".

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

“Bu, eskalasiyanın növbəti keyfiyyətcə, ciddi artımına doğru addımdır”, deyə Rusiya XİN başçısı vurğulayıb. 

Lavrov xatırladıb ki, Yuqoslaviya və İraqda tükənmiş uran sursatlarından istifadəsi onkoloji xəstəliklərin və torpaq çirklənməsinin kəskin artmasına səbəb olub:

“Bu, yeri gəlmişkən, Qərbin Ukraynada kənd təsərrüfatı istehsalının artırılmasının qayğısına qalması və Ukrayna taxılının inkişaf etməkdə olan ölkələrə, o cümlədən Afrikaya ixracına diqqət yetirməsi ilə bağlıdır. Tükənmiş uran döyüş sursatlarının istifadəsi Ukraynanın yüksək keyfiyyətli, çirklənməmiş qida istehsal etmək imkanlarını, kəskin şəkildə azaldacaq". 

Eyni zamanda, Lavrov qeyd edib ki, bir sıra ölkələr, o cümlədən aparıcı Qərb ölkələri tükənmiş uran sursatlarının istifadəsini qadağan edən beynəlxalq konvensiyanın hazırlanmasına mane olur. 

“Əlamətdardır ki, konvensiya olmadığı halda, BMT Baş Assambleyası müntəzəm olaraq tükənmiş uran sursatlarının istehsal olunmamasına və istifadə edilməməsinə çağıran qətnamələrə baxır”, - deyə Rusiya XİN başçısı əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO