İran zindanlarındakı cinsi təcavüz halları ilə bağlı Vaşinqtondan SƏRT REAKSİYA

İran zindanlarındakı cinsi təcavüz halları ilə bağlı Vaşinqtondan SƏRT REAKSİYA

Hazırda oxunan: İran zindanlarındakı cinsi təcavüz halları ilə bağlı Vaşinqtondan SƏRT REAKSİYA
105862
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İran həbsxanalarında baş verən cinsi təcavüz xəbərlərinə reaksiya verib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Azad İran” teleqram kanalında verilib. 

Məlumatda qeyd olunur ki, Prays nümayişçilərə, o cümlədən uşaqlara qarşı hücumlar barədə yayılmış xəbərləri qətiyyətlə pisləyib. 

O, cinsi zorakılığı etirazları yatırmaq vasitəsi kimi “cəsur etirazçıları qorxutmaq üçün iyrənc tədbirlər” adlandırıb.

Şahidlərin və tibbi mənbələrin ifadələrinə əsaslanan istintaq hesabatında CNN xəbər kanalı məhbuslara qarşı cinsi qısnama və təcavüz hallarını, cinsi qısnama və zorlama zamanı bəzi qurbanların səssiz qalmalarını təmin etmək üçün çəkilişləri üzə çıxarıb.

Dövlət Departamentinin sözçüsü bəyan edib ki, ABŞ birtərəfli və çoxtərəfli tədbirlər və BMT-yə müraciət etməklə xalqa zülm etdiyinə görə İran hakimiyyətinin cavabdehlik daşımasını tələb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO