Ağdaşda gəncin ölümünə antibiotik səbəb olub - DİN-dən AÇIQLAMA  

Ağdaşda gəncin ölümünə antibiotik səbəb olub - DİN-dən AÇIQLAMA  

Hazırda oxunan: Ağdaşda gəncin ölümünə antibiotik səbəb olub - DİN-dən AÇIQLAMA  
8088
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yanvarın 9-da saat 22 radələrində Ağdaş rayon sakini 1991-ci il təvəllüdlü Baxışov Elman Elxan oğlunun yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdaş rayon Prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Elman Baxışovun sol qol nahiyəsindəki sınıq ilə əlaqədar yaşadığı evdə ailə üzvləri tərəfindən antibiotik tərkibli “Triosef” adlı dərman preparatının vurulmasından sonra halının pisləşməsi və nəticədə ölməsi müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO