
- A-
- A
- A+
ÜST-dən gözlənilməz təklif: Uşaqlıq dövrü 21 yaşadək uzadılsın
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri və rusiyalı psixoloqlar uşaqlıq dövrünün yaş hədlərinə yenidən baxılması məsələsini müzakirə edirlər. Təklifə əsasən, uşaqlıq dövrü 21 yaşadək uzadıla bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Psixologiya Cəmiyyətinin prezidenti, Moskva Dövlət Universitetinin Psixologiya fakültəsinin dekanı Yuri Zinçenko məlumat verib.
Mütəxəssisin sözlərinə görə, bu müzakirələrin əsas səbəbi rəqəmsallaşmanın insanın böyümə prosesinə ciddi təsir göstərməsidir.
O bildirib ki, müasir uşaqlar texnologiyalara erkən yaşlardan yiyələnsələr də, əldə etdikləri rəqəmsal bacarıqlar real həyatın və yetkinlik dövrünün tələblərinin öhdəsindən gəlməyə hər zaman kömək etmir.
Qeyd edək ki, hələ 2018-ci ildə “The Lancet Child & Adolescent Health” elmi jurnalında dərc olunan araşdırmada yeniyetməlik dövrünün 24 yaşadək uzadılması təklif edilmişdi.
Tədqiqatçılar bunu təhsilin daha gec başa çatması, nikaha daxilolma və ailə qurma yaşının artması ilə əsaslandırmışdılar.
Hazırda söhbət yalnız ekspert müzakirələrindən gedir. Yetkinlik yaşının hüquqi baxımdan dəyişdirilməsi nəzərdə tutulmur.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































