Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı: "Öz zəhmətimlə yığmışam"

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı: "Öz zəhmətimlə yığmışam"

Hazırda oxunan: Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı: "Öz zəhmətimlə yığmışam"
650082
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin bu gün keçirilən məhkəməsində videokonfrans vasitəsilə ifadə verib.

Bizim.Media Xitab24.az-a istinadən xəbər verir ki, məhkəmə prosesində sualları cavablandıran Mehdiyev, evindən çıxan 17 milyon manatdan da danışıb.

Dövlətə xəyanətdə təqsirli bilinən "Boz kardinal" həmin pulları öz zəhməti ilə qazandığını deyib:

"1957-ci ildən işləyirəm. O pulları öz zəhmətimlə yığmışam".


Bugünkü və daha öncə keçirilən məhkəmədə R.Mehdiyevin ailə üzvləri də ifadə veriblər.

Qeyd edək ki, Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq Dövlət Təhllükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər.

Məhkəmə prosesi başa çatan Ramiz Mehdiyev 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, yaşı və xəstəliyi ilə bağlı cəzası şərti hesab olunub.

Onu da əlavə edək ki, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO