Allahşükür Paşazadə Patriarx Kirillə görüşüb - Foto

Allahşükür Paşazadə Patriarx Kirillə görüşüb - Foto

Hazırda oxunan: Allahşükür Paşazadə Patriarx Kirillə görüşüb - Foto
649320
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 23-də Rusiyada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Ümumrusiya Patriarxı Kiril arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, əvvəlcə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ümumrusiya Partiarxına ad günü münasibətilə ünvanladıqları təbrik məktubunu təqdim edib. Patriarx Kiril də öz növbəsində Azərbaycan nümayəndə heyətindən Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya salamlarını çatdırmasını xahiş edib.

Moskva və Ümumrusiya Patriarxı Kirill şeyxülislam Allahşükür Paşazadə ilə uzun illərdən bəri mövcud olan xoş münasibətlərin, qarşılıqlı şəxsi əlaqələrin Azərbaycan-Rusiya münasibətlərindəki əhəmiyyətini qeyd edib.
 

QMİ sədri Allahşükür Paşazadə işğal dövründə dağıdılmış məscidlərin hazırda Qarabağda bərpa olunduğunu, bütün dinlərdən olan insanların birgə yaşayışı üçün imkanlar yaradıldığını, Azərbaycanda erməni kilsəsinin qorunub saxlanıldığını xatırladıb.


O, Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması və prosesin iki ölkə arasında inkişaf etdirilməsinə baxmayaraq, erməni kilsəsinin hələ də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı revanşist nifrət çağırışlardan əl çəkmədiyini diqqətə çatdırıb.

Həmçinin bu ilin oktyabr ayında Bakıda keçirilmiş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verən şeyxülislam Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycanın tolerantlıq ənənələrinə daim hörmət və xüsusi qayğı ilə yanaşdıqlarını bir daha vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, eyni zamanda, 2027-ci ilin iyun ayında Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində dinlərarası konfransın da təşkil ediləcəyini bildirib.

Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasında əlaqələndirmə şurasının yaradıldığı və bu prosesdə Rus-Pravoslar Kilsəsinin fəal rol oynadığı da diqqətə çatdırılıb.

Allahşükür Paşazadə Patriarx Kirillə görüşüb - Foto - foto 1
Allahşükür Paşazadə Patriarx Kirillə görüşüb - Foto - foto 2
Allahşükür Paşazadə Patriarx Kirillə görüşüb - Foto - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO