Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44% olacaq"

Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44% olacaq"

Hazırda oxunan: Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44% olacaq"

638522

"Prezident İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biri də ölkə əhalisinin, şəhid ailələrinin, qazilərin və aztəminatlı ailələrin sosial müdafiəsinin və rifah səviyyəsinin gücləndirilməsidir".

Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində onun sədrliyi ilə keçirilmiş iclasda bildirib.
 

"Son illərdə bu istiqamətdə ardıcıl islahatlar aparılıb, əhalinin sosial müdafiəsi və rifahının yaxşılaşması, sosial ödənişlərin, pensiyaların, əməkhaqqılarının artırılması istiqamətində büdcədən əhəmiyyətli vəsait xərclənib. 2027-ci ilin dövlət büdcəsində bütün istiqamətlər üzrə bütövlükdə sosialyönümlü xərclərin payı 44% proqnozlaşdırılır", - deyə o qeyd edib.

 

Bundan başqa, o deyib ki, hökumətin əsas və vacib prioritet xərc istiqaməti kimi dövlət büdcəsində ən böyük xərclərdən biri həmişə olduğu kimi hərbi-müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi xərcləri olacaq:
 

"Növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8.8 milyard manat və yaxud xərclərin 21%-i qədər təşkil edir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır".

 

"Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə bu günə qədər 47 yaşayış məntəqəsinə, yəni 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır. 2027-ci ilin dövlət büdcəsində investisiyayönümlü strategiya və dövlət proqramlarının maliyyə təminatı üçün kifayət həcmdə vəsait planlaşdırılır.

2025-ci ildə və 2026-cı ilin ötən dövründə su, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi və turizm sahələrini əhatə edən dövlət proqramları qəbul edilib, həmin istiqamətlər üzrə əsas prioritetlər müəyyənləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO