Ötən gecə Yevlax-Ləki yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Mərkəzi Aran bürosunun məlumatına görə, Şuşaya köç edən keçmiş məcburi köçkün ailəsi qəzaya düşüb.
Hadisə zamanı “VAZ-2107” markalı avtomobil kanala aşıb. Qəza nəticəsində ailənin 9 ildən sonra dünyaya gələn 10 yaşlı övladı Südabə həyatını itirib.
Məlumata görə, avtomobili uşağın babası idarə edib. İlkin ehtimala əsasən, sürücü sükan arxasında yuxulayıb və bu səbəbdən avtomobil yoldan çıxaraq kanala aşıb.
Qəza zamanı uşağın anası və sürücü ağır xəsarət alıblar. Onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu




































































































