Tərtərdə maye qazdoldurma məntəqəsi bağlandı – FOTO/VİDEO

Tərtərdə maye qazdoldurma məntəqəsi bağlandı – FOTO/VİDEO

Hazırda oxunan: Tərtərdə maye qazdoldurma məntəqəsi bağlandı – FOTO/VİDEO
609250
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu barədə Bizim.Media-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Agentliyin müfəttişləri tərəfindən Tərtər rayonu, Qaradağlı kəndində fəaliyyət göstərən fərdi sahibkar Nəbiyev Əli Məhəmməd oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
 

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd tutumun istismar müddətinin bitdiyi, texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.


Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.



Tərtərdə maye qazdoldurma məntəqəsi bağlandı – FOTO/VİDEO - foto 1
Tərtərdə maye qazdoldurma məntəqəsi bağlandı – FOTO/VİDEO - foto 2
Tərtərdə maye qazdoldurma məntəqəsi bağlandı – FOTO/VİDEO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO