Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb – FOTO

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb – FOTO

Hazırda oxunan: Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb – FOTO
585631
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün yağan qar və gecə saatlarında müşahidə edilən şaxtalı hava şəraiti Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolunda buzlaşmaya səbəb olub. Xüsusilə dağlıq relyefə malik ərazilərdə yolun sürüşkən olması sürücülər üçün təhlükə yaradıb.

Bizim.Media xəbər verir ki, mövcud vəziyyətlə əlaqədar aidiyyəti üzrə yol idarəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Yolun buz bağlayan hissələrinə duz-qum qarışığı səpilib, buzlaşmanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.

Aparılan işlər nəticəsində avtomobil yolunun bəzi hissələrində buz qatı ərisə də, problemin tam aradan qaldırılması mümkün olmayıb.
 

Hazırda sərt enişli-yoxuşlu və döngəli hissələrdə, xüsusilə Piriqulu qəsəbəsindən Dəmirçi kəndinə qədər olan məsafədə yolda buzlaşma qeydə alınır. Bu səbəbdən sürücülərə ehtiyatlı olmaları, sürət həddinə riayət etmələri və qış təkərlərindən istifadə etmələri tövsiyə olunur.


Qeyd edək ki, hazırda bölgədə Günəşli hava şəraiti müşahidə olunsa da, temperatur müsbət 1 dərəcə təşkil edir. Bu da yol örtüyündə buzlaşmanın tam aradan qalxmasına mane olur.

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb – FOTO - foto 1
Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb – FOTO - foto 2
Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb – FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO