Növbəti köç karvanı Sarıcalı və Ballıca kəndlərinə yola salındı - VİDEO

Növbəti köç karvanı Sarıcalı və Ballıca kəndlərinə yola salındı - VİDEO

Hazırda oxunan: Növbəti köç karvanı Sarıcalı və Ballıca kəndlərinə yola salındı - VİDEO
246609
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Keçmiş məcburi köçkünlərin bir qrupu Ağdam rayonunun Sarıcalı və Xocalı rayonunun Ballıca kəndlərinə yola salınıb.

Bizim.Media xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə 39 ailə - 169 nəfər, Xocalı rayonunun Ballıca kəndinə isə 15 ailə - 68 nəfər köçürülür.

Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Xatırladaq ki, bu köç prosesi də daxil olmaqla ümumilikdə Ağdam rayonunun Sarıcalı kəndinə cəmi 149 ailə (609 nəfər), Xocalı rayonunun Ballıca kəndinə isə cəmi 172 ailə (811 nəfər) köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, həyata keçirilən bərpa və quruculuq layihələrində çalışan, həmçinin müxtəlif dövlət qurumlarının yerli strukturlarında xidməti vəzifələrini yerinə yetirən şəxslər, səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika sahələrində fəaliyyət göstərən mütəxəssislər daxil olmaqla, ümumilikdə 40 mindən çox insan yaşayır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO