Gəncədə bəzi attraksionların istismarı dayandırıldı – FOTO/VİDEO

Gəncədə bəzi attraksionların istismarı dayandırıldı – FOTO/VİDEO

Hazırda oxunan: Gəncədə bəzi attraksionların istismarı dayandırıldı – FOTO/VİDEO
238896
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncədə bəzi attraksionların istismarı dayandırılıb.

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən parkda fəaliyyət göstərən fərdi sahibkar Mehdiyev Şahmar Fuad oğluna məxsus attraksionlarda plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı attraksionlarda insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, uşaq əyləncə mərkəzində fəaliyyət göstərən 9 ədəd attraksionun torpaqlanma konturunun və qidalandırıcı yumşaq naqillərin izolyasiyalarının müqavimətlərinin ölçülmədiyi, həmçinin attraksionların texniki müayinədən keçirilmədiyi müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, attraksionların istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.




Gəncədə bəzi attraksionların istismarı dayandırıldı – FOTO/VİDEO - foto 1
Gəncədə bəzi attraksionların istismarı dayandırıldı – FOTO/VİDEO - foto 2
Gəncədə bəzi attraksionların istismarı dayandırıldı – FOTO/VİDEO - foto 3
Gəncədə bəzi attraksionların istismarı dayandırıldı – FOTO/VİDEO - foto 4
Gəncədə bəzi attraksionların istismarı dayandırıldı – FOTO/VİDEO - foto 5
Gəncədə bəzi attraksionların istismarı dayandırıldı – FOTO/VİDEO - foto 6
Gəncədə bəzi attraksionların istismarı dayandırıldı – FOTO/VİDEO - foto 7
Gəncədə bəzi attraksionların istismarı dayandırıldı – FOTO/VİDEO - foto 8


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO