Gəncədən Şuşaya ilk avtobus yola düşdü – FOTO

Gəncədən Şuşaya ilk avtobus yola düşdü – FOTO

Hazırda oxunan: Gəncədən Şuşaya ilk avtobus yola düşdü – FOTO
236950
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncə şəhərindən Şuşa şəhərinə ilk avtobus reysi yola düşüb.

Bizim.Media xəbər verir ki, Gəncə Beynəlxalq Avtovağzaldan hərəkət edən avtobusun ilk sərnişinləri şəhid ailələrinin üzvləri və Vətən müharibəsinin iştirakçıları olub.

Qeyd edək ki, reyslər Gəncə Beynəlxalq Avtovağzalından hər gün saat 08:00-da, Şuşa şəhərindən Gəncəyə isə 14:45-də həyata keçiriləcək.
 

Gəncə-Şuşa-Gəncə reysi üzrə bir istiqamət üçün biletin qiyməti 6,20 manat təşkil edir. Bu reys üzrə Tərtər, Xocalı və Xankəndi şəhərləri aralıq məntəqələr olaraq müəyyən edilib. Gəncə-Xocalı aralıq məntəqəsi üçün biletin qiyməti 5,20 manat, Gəncə-Xankəndi 5,70 manat, Tərtər-Xocalı 2,40 manat, Tərtər-Xankəndi 2,80 manat və Tərtər-Şuşa aralıq məntəqəsi üçün biletin qiyməti 3,30 manatdır.


Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar. Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

Gəncədən Şuşaya ilk avtobus yola düşdü – FOTO - foto 1
Gəncədən Şuşaya ilk avtobus yola düşdü – FOTO - foto 2
Gəncədən Şuşaya ilk avtobus yola düşdü – FOTO - foto 3
Gəncədən Şuşaya ilk avtobus yola düşdü – FOTO - foto 4
Gəncədən Şuşaya ilk avtobus yola düşdü – FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO