ADA-da YENİLİK - İki mühüm ixtisas açılır - VİDEOREPORTAJ

ADA-da YENİLİK - İki mühüm ixtisas açılır - VİDEOREPORTAJ

Hazırda oxunan: ADA-da YENİLİK - İki mühüm ixtisas açılır - VİDEOREPORTAJ
232496
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ADA Universitetində İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində təqdim edilən Kommunikasiya Dizaynı və Şəhərslama üzrə yeni ixtisasların açılış tədbiri keçirilib.

Tədbir ADA Universitetinin rektoru Hafiz Paşayevin çıxışı ilə başlayıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və İtaliyanın Azərbaycandakı səfiri Luka Di Gianfrançeskonun çıxışları ilə davam edib. Çıxış edənlər yeni ixtisasların təhsil və şəhərsalma sahəsindəki önəmindən bəhs ediblər.

Universitetin Memarlıq və Dizayn fakültəsinin dekanı Silvia Ferraris Bizim.Media-ya açıqlamasında bildirib ki, ixtisasların əsas məqsədi gələcəkdə bu istiqamətdə peşəkar kadrlar hazırlamaqdır.

Bununla yanaşı tədbirdə dövlət qurumlarından yüksək səlahiyyətli şəxslər, ADA Universitetinin idarəetmə komandasının üzvləri və İtaliyadan dəvət edilmiş ekspertlər iştirak ediblər.

Təqdimat mərasimində yeni ixtisasların beynəlxalq ikitərəfli əməkdaşlığa verdiyi üstünlüklərdən bəhs olunub.

Qeyd edək ki, İtaliya-Azərbaycan Universiteti Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilib.

Daha ətraflı Bizim.Media-nın hazırladığı videoreportajda:


Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO