Dövlətə xəyanətdə ittiham olunan şəxslərə HÖKM OXUNDU

Dövlətə xəyanətdə ittiham olunan şəxslərə HÖKM OXUNDU

Hazırda oxunan: Dövlətə xəyanətdə ittiham olunan şəxslərə HÖKM OXUNDU
229277
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlətə xəyanətdə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Hökmə əsasən, Hicran Həsənov 18 il, Nadim Mehdiyev 16 il 5 ay, Şəmsi Qasımov 15 il, Dağıstan Hüseynov 9 il, Elməddin Ağayev 7 il, Ağasif Ağayev 7 il müddətinə azadlıqdan məhrum olunub.


Qeyd edək ki, dövlət ittihamçısı Hicran Həsənovun 19 il, Nadim Mehdiyevin 15 il, Şəmsi Qasımovun 17 il, Dağıstan Hüseynovun 9 il, Elməddin Ağayevin 8 il, Ağasif Ağayevin 8 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO