Bu il 10 velosipedçi yol qəzasında ölüb

Bu il 10 velosipedçi yol qəzasında ölüb

Hazırda oxunan: Bu il 10 velosipedçi yol qəzasında ölüb
221546
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Velosiped ekoloji, iqtisadi, sağlamlıq baxımından əlverişli nəqliyyat vasitəsidir. Bununla yanaşı, velosipedçilərin yol hərəkətinin müdafiəsiz iştirakçılarından biri olduğunu da unutmamalıyıq".

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat xidmətinin məlumatında deyilir.
 

Qeyd olunub ki, cari ilin 10 ayı ərzində velosipedçilərin vurulması ilə nəticələnən 20 yol-nəqliyyat hadisəsində 10 nəfərin həyatını itirməsi, 10 nəfərin xəsarət alması da deyilənləri təsdiq edir.


Bildirilib ki, xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarının kənarında yerləşən yaşayış məntəqələrinin sakinləri arasında velosipeddən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət olunmaması, o cümlədən sutkanın qaranlıq vaxtı, yaxud məhdud görünmə şəraitində digər hərəkət iştirakçılarının onları aydın görə bilmələri üçün zəruri tədbirlər görmədən, habelə nasaz və lazımınca təchiz edilməmiş velosipedlə yüksək sürətli avtomobil yoluna çıxılması ağırlıq dərəcəsi yüksək olan qəzaların baş verməsinə real zəmin yaradır:

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha velosipedçiləri, eləcə də ikitəkərli nəqliyyat vasitəsi idarə edən hər bir sürücünü təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükə atmamağa çağırır!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO