31 il sonra nəşi tapılan şəhid Tərtərdə torpağa TAPŞIRILDI – FOTO/VİDEO

31 il sonra nəşi tapılan şəhid Tərtərdə torpağa TAPŞIRILDI – FOTO/VİDEO

Hazırda oxunan: 31 il sonra nəşi tapılan şəhid Tərtərdə torpağa TAPŞIRILDI – FOTO/VİDEO
218811
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Möhübbət Mustafayev Tərtərin Seyidimli kəndində torpağa tapşırılıb. 

Bizim.Media xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, yaxınları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib. 

Şəhidin məzarı başında yaylım atəşi açılıb. Şəhid tabutuna bükülmüş bayraq onun atasına təhvil verilib.

Qeyd edək ki, Mustafayev Möhübbət Qənimət oğlu Kəlbəcər rayonunun İstisu qəsəbəsində anadan olub. Milli ordu sıralarında Kəlbəcərin müdafiəsində iştirak edib. 1993-cü ildə Kəlbəcər rayonunun Bağırsaq kəndində itkin düşüb. 
 

Kəlbəcərin işğaldan azad edilməsindən sonra nəşinin qalıqları itkin düşdüyü Bağırsaq kəndi ərazisində aşkar edilib. Şəhidin qalıqları Məhkəmə-Tibbi Krimjnalistoka və Məhkəmə-Genetik Ekspertizası zamanı eyniləşdirildikdən sonra ailəsinə təhvil verilib. 


Şəhid, Tərtər rayonu Seydimli kənd məzarlığında torpağa tapşırılıb.




31 il sonra nəşi tapılan şəhid Tərtərdə torpağa TAPŞIRILDI – FOTO/VİDEO - foto 1
31 il sonra nəşi tapılan şəhid Tərtərdə torpağa TAPŞIRILDI – FOTO/VİDEO - foto 2
31 il sonra nəşi tapılan şəhid Tərtərdə torpağa TAPŞIRILDI – FOTO/VİDEO - foto 3
31 il sonra nəşi tapılan şəhid Tərtərdə torpağa TAPŞIRILDI – FOTO/VİDEO - foto 4
31 il sonra nəşi tapılan şəhid Tərtərdə torpağa TAPŞIRILDI – FOTO/VİDEO - foto 5
31 il sonra nəşi tapılan şəhid Tərtərdə torpağa TAPŞIRILDI – FOTO/VİDEO - foto 6

Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO