FHN-də YENİ TƏYİNATLAR olub - FOTO

FHN-də YENİ TƏYİNATLAR olub - FOTO

Hazırda oxunan: FHN-də YENİ TƏYİNATLAR olub - FOTO

185924

Gəncə Regional Mərkəzinə yeni rəis təyin olunub. 

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leytenant Kənan Aşurov və onun müavini mayor Ramin Orucov tutduqları vəzifələrindən azad edilərək başqa işə təyinat alıblar.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun  müvafiq əmrlərinə əsasən,  K. Aşurov nazirliyin Baş idarəsində yeni vəzifəyə təyin olunub.

R.Orucov isə Aran Regional Mərkəzinin rəisi təyin edilib.

Nazirin digər əmrinə əsasən FHN-in Şimal-Qərb Rəgional Mərkəzinin rəisi polkovnik-leytenant Elnur Məhərrəmov vəzifəsindən azad olunaraq Gəncə Regional Mərkəzinin rəisi təyin edilib. 

FHN-nin Şimal-Qərb Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışan polkovnik Ceyhun Babayev sözügedən mərkəzin rəisi təyin olunub.





Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO