“Azneft”in baş direktoru vəzifəsindən azad edildi – YENİ TƏYİNAT  

“Azneft”in baş direktoru vəzifəsindən azad edildi – YENİ TƏYİNAT  

Hazırda oxunan: “Azneft”in baş direktoru vəzifəsindən azad edildi – YENİ TƏYİNAT  
184538
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Şahmar Hüseynov müvafiq əmrlə İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib. 

Onun əvəzinə “Umid Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru Qurbanov Əli Qurban oğlu “Azneft” İB-yə yeni baş direktor təyin edilib. 

Qeyd edək ki, Q. Qurbanov əmək fəaliyyətinə 1991-ci ildə “28 May” adına Neft Qaz Çıxarma İdarəsində 4-cü dərəcəli neft-qaz çıxarma operatoru kimi başlayıb və 1998-ci ilə qədər həmin idarədə Özül rəisi vəzifəsində  çalışıb. 1998-ci ildən fəaliyyətini BP şirkətində davam etdirib. 
2011-ci ildən başlayaraq ARDNŞ-nin baş ofisində neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidentin neft-qaz hasilatı üzrə müavini vəzifəsində fəaliyyət göstərib. 

Xatırladaq ki, Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliyə rəhbərlik edirdi. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO