Qusara avtomat satmağa gəldi - POLİS TUTDU

Qusara avtomat satmağa gəldi - POLİS TUTDU

Hazırda oxunan: Qusara avtomat satmağa gəldi - POLİS TUTDU

178232

Bakı şəhər sakini Rahib Nuriyev Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, həmin şəxsin üstündən Qusar rayonuna satmaq məqsədilə gətirdiyi bir ədəd “Kalaşnikov” markalı avtomat, bir ədəd patron darağı və 30 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı Qusar Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rahib Nuriyevin barəsində həbs qətimkan tədbiri seçilib.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO