Ağsuda polis əməliyyatı: Evində avtomat gizlədən şəxs TUTULDU - FOTO

Ağsuda polis əməliyyatı: Evində avtomat gizlədən şəxs TUTULDU - FOTO

Hazırda oxunan: Ağsuda polis əməliyyatı: Evində avtomat gizlədən şəxs TUTULDU - FOTO
174410
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, 1964-cü il təvəllüdlü Elman Əsədov şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilərkən atəşə yararlı “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 5 ədəd patron aşkar edilərək götürülüb. Elman Əsədov avtomatı bir müddət əvvəl tapdığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Keçirilmiş digər əməliyyat-axtarış tədbiri nəticəsində isə rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şamxal Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, zəruri bilinən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ağsuda polis əməliyyatı: Evində avtomat gizlədən şəxs TUTULDU - FOTO - foto 1
Ağsuda polis əməliyyatı: Evində avtomat gizlədən şəxs TUTULDU - FOTO - foto 2
Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO